Zidan Vengerlə işləmək istəyir

7 Dekabr 2021 00:27 (UTC+04:00)

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan PSJ-ni çalışdırmaq variantını istisna etmir.

SİA xəbər verir ki, fransalı mütəxəssis artıq klub rəhbərliyi ilə ilkin danışıqlar aparıb.

Eyni zamanda, Zidan klubda Arsen Vengerlə çalışmaq istəyir. O, özü komandanı çalışdırmağı, Vengerin isə klubun strateji inkişafı ilə məşğul olmağı planlaşdırır.

71 yaşlı Venger FİFA-da futbolun qlobal inkişafı departamentinin rəhbəri vəzifəsində çalışır.

Qeyd edək ki, Zidan "Real"dan ayrıldıqdan sonra 2020/21 mövsümünün sonundan bəri işsizdir.