"Bavariya"dan qisas almağı hədəfləyirik"

7 Dekabr 2021 00:16 (UTC+04:00)

"Barselona"nın hücumçusu Memfis Depay Çempionlar Liqasının 6-cı turunda "Bavariya" ilə oyun öncəsi fikirlərini bildirib.

SİA xəbər verir ki, o, bu oyuna psixoloji cəhətdən yaxşı hazırlaşmalı olduqlarını deyib: "Bizim üçün bu, sonluq kimidir. Qarşıda bizi 90 dəqiqə gözləyir. Təbii ki, "Benfika"nın matçının nəticəsindən çox şey asılıdır, amma qalib gəlməyə çalışmalıyıq.

Təbii ki, qisas almaq istəyirik, bəlkə də bu, son şansımızdır. Bu oyunda hər şey həll olunacaq və biz istədiyimiz nəticəni əldə etmək üçün əlimizdən gələni etməliyik. Hər şey imanla başlayır. Biz "Barselona"yıq , ona görə də hər şey mümkündür”.

Qeyd edək ki, sentyabrda "Bavariya" ilə ilk oyununda "Barselona" öz meydanında 0:3 hesabı ilə məğlub olub. Bu komandalar arasında ikinci görüş dekabrın 8-i keçiriləcək.