Putin Əfqanıstandakı vəziyyətdən narahatdır?

6 Dekabr 2021 22:50 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Əfqanıstandakı vəziyyətin narahatlıq doğurduğunu deyib.

SİA xəbər verir ki, o, bu barədə Hindistanın baş naziri Narendra Modi ilə danışıqlar zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya xüsusilə terror, narkotik və mütəşəkkil cinayətkarlıq problemlərindən narahatdır. Putin vurğulayıb ki, Rusiya və Hindistanın bir çox məsələlərdə mövqeləri üst-üstə düşür.