Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

6 Dekabr 2021 22:43 (UTC+04:00)

Türkiyədə yeni tip korona virusundan (Covid-19) dekabrın 6-da 187 nəfər dünyasını dəyişib.

SİA xəbər verir ki, bir gündə 354 min 269 test edilib. Gündəlik yoluxma sayı 20.033-dür.

Son 24 saatda sağalanların sayı 25.611-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi 121 milyon 49 min 889 peyvənd vurulub.