Avtobus qəzasında ölənlərin sayı 31-ə çatıb

6 Dekabr 2021 22:29 (UTC+04:00)

Keniyada avtobusun su basmış körpüdən keçmək istəyərkən çaya düşdüyü qəzada ölənlərin sayı artıb.
SİA-nın ölkə rəsmilərinin açıqlamasına istinad etdiyi xəbərinə görə qəza zamanı ölənlərin sayı 31-ə çatıb. 12 sərnişin yaralı xilas olub. Bildirilir ki, avtobusda olan insanlar toya gedirmiş. Ölü sayının daha da artabiləcəyi ehtimal olunur.