Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verdi

6 Dekabr 2021 22:08 (UTC+04:00)

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının federal müdafiə naziri Pervez Xattaka, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya və Quru Qoşunları komandanı general Qamar Caved Bacvaya başsağlığı ünvanlayıb.

SİA xəbər verir ki, başsağlığında deyilir:

“Hərbi helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.