Avstriyanın yeni baş naziri açıqlanıb

6 Dekabr 2021 21:05 (UTC+04:00)

Avstriyada Aleksandr Şallenberqin istefasından sonra Avstriya Xalq Partiyasının (ÖVP) sədri seçilən daxili işlər naziri Karl Nehammer paytaxt Vyanada təşkil edilən rəsmi mərasimlə and içərək ölkənin yeni baş naziri olub. SİA xarici mətbuata istinadən bildirir ki, Avstriyada son bir ildə seçilən 3-cü baş nazirdir. Mərasimdən sonra jurnalistlərə açıqlama verən 49 yaşlı Nehammer yerini əvəz etdiyi Aleksandr Şallenberqə təşəkkür edib və bu çətin günlərdə məsuliyyəti üzərinə götürməyə və ölkəsi üçün xidmət etməyə hazır olduğunu bəyan edib.

"İndi əsas məqsəd qorxan və narahat olan xalqa onları dinlədiyimizi, onları ciddi qəbul etdiyimizi və əsl düşmən olan koronavirusla mübarizə üçün hər şeyi etdiyimizi tam nümayiş etdirmək olmalıdır". Bunu çıxışında Nehammer qeyd edib.