Burnu tıxanınca xəstəxanaya getdi, həkimlər şok oldu

6 Dekabr 2021 21:00 (UTC+04:00)

ABŞ-da baş verən hadisə tibb aləmində böyük heyrətə səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, burun tıxanıqlığı səbəbindən xəstəxanaya müraciət edən kişinin burnunda diş olduğu müəyyən edilib. Təcili əməliyyata qərar verən həkimlər kritik əməliyyat nəticəsində kişinin burnunda olan dişi çıxarıblar.