Canlı yayımda topladığı 900 işçini “yaxşı işləmirsən” deyərək işdən çıxarıb

6 Dekabr 2021 21:02 (UTC+04:00)

Çoxmillətli ipoteka firmasının baş direktoru Vişal Qarq daha əvvəl elan etdiyi ixtisar planını qeyri-adi şəkildə həyata keçirib. Qarq işçilərinə görüş keçirəcəklərini bildirib və “Zoom” vasitəsilə onlarla danışıb. Şirkətin yeni siyasəti ilə bağlı xəbər gözləyərkən işçilər həyatlarının ən kədərli xəbərlərindən birini alıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qarq, xəbəri işçilərə çatdırıb və 900 nəfərin işdən çıxarıldığını açıqlayıb. Bu xəbəri eşidən işçilər böyük təəccüblə söyüş söyməyə başlayıblar. Qarq işçilərin yaxşı işləmədiyini söyləyərək, “Yəqin ki, bunu eşitmək istəməzdiniz. Ancaq bu iclasda iştirak edirsinizdə deməli, işdən çıxarıldınız. Səbəb isə yaxşı performans göstərə bilməmənizdir” deyib.