Aktrisanın boyunbağısının qiyməti heyrət doğurur

6 Dekabr 2021 19:38 (UTC+04:00)

Türk kanalı olan Kanal D ekranlarında hər çərşənbə saat 20:00-da izləyiciləri ilə görüşən "Sədaqətsiz" serialının aktrisalarından Melis Sezen dünən axşam qatıldığı "Altın Kelebek Mükafatları" mərasimində geyindiyi cəsur libası ilə damğasını vurub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Sezenin boynuna taxdığı boyunbağının qiyməti heyrətamiz olub.

Hər kəs Melis Sezenin dekoltesi ilə diqqət çəkərkən, aktrisanın taxdığı qızıl-zinət boyunbağının 34 milyon 256 min TL dəyərində olduğu öyrənilib. Sezenin daha əvvəl taxdığı zinət əşyalarından Ledi Qaqa və Beyons da istifadə etmişdilər.

Ayşən Vəli