Ərdoğan Qətərə getdi

6 Dekabr 2021 18:58 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin paytaxtı Dohaya gedib. TRT xəbər verir ki, səfər çərçivəsində ikitərəfli əlaqələrə nəzər salınacaq və regional inkişaf qiymətləndiriləcək.

Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Hamad Beynəlxalq Hava Limanında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, Qətərin maliyyə naziri Əli bin Əhməd Əlküvari, MİT rəhbəri Hakan Fidan, Türkiyənin Dohadakı səfiri Mehmet Mustafa Göksu və Qətər-Türkiyə Birləşmiş Qüvvələr Komandanlığı Piyada Qərargahında polkovnik Bilal Çokay tərəfindən qarşılanıb.