YAP Biləsuvar rayon təşkilatının əməkdaşları şəhid ailəsini ziyarət edib FOTOLAR

6 Dekabr 2021 15:19 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Aqşin Bağırov, təşkilatın əməkdaşları və fəalları 6 dekabr 2021- ci il tarixdə Vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Biləsuvar şəhərindən olan şəhid Əlizadə Tahir Qəribəli oğlunun ildönümü ilə əlaqədar olaraq ailəsini ziyarət ediblər. Daha sonra şəhidin məzarı ziyarət edilib və dərin ehtiramla yad edilərək məzarının üzərinə tər gül dəstələri düzüblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Rəfiqə