Azərbaycan dünyaya qurucu dövlət kimi tanınır TƏHLİL

6 Dekabr 2021 15:07 (UTC+04:00)

Prezident İlham Əliyev: “Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik”

Bəli, 44 günlük Vətən müharibəsində əldə edilən qələbədən bir ildən çox zaman keçməsinə baxmayaraq bu qısa zamanda ölkəmizin həyatında yeni dövr başlayıb. Dövlət başçımızın dediyi kimi: “Bu miqyasda dağıntıdan inkişafa doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik”.

Bəli, bu gün Azərbaycan işğaldan azad olunmuş torpaqlarımızda apardığı quruculuq, bərpa işləri ilə dünyada nadir təcrübə nümayiş etdirməkdədir. Ən əsası isə, xalq görülən işlərin şahidi olur, Qalib Liderimizin gördüyü işləri bəyənir, dəstəkləyir. Bütün bu irimiqyaslı tarixi proses Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin yeritdiyi qətiyyətli, uzaqgörən siyasət, bütün xalqın maraqlı olduğu ümummilli bir hədəfdir.

TARİXİ ZƏFƏR SAYƏSİNDƏ ƏLDƏ ETDİYİMİZ YENİ DÖVRÜN REALLIQLARI – BÖYÜK QAYIDIŞDAN QURUCULUĞA DOĞRU

Bu gün tarixi Zəfər sayəsində əldə etdiyimiz yeni dövrün reallıqları həm Böyük Qayıdışın başlanmasını sürətləndirir, həm də Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıdır. Artıq ölkəmizin siyasi və iqtisadi potensialı Qarabağda işğaldan azad edilmiş ərazilərin tam dirçəlişinə hədəflənmişdir. Artıq Şuşa, Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin baş planları təqdim olunub, digər şəhərlərdə də bu iş sürətlə davam etdirilir. Dövlətimizin başçısının iştirakı ilə Şuşa, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının ərazilərində salınacaq yaşayış binalarının, Ağdam Sənaye Parkının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməli qoyulub, buraya potensial rezident və investorların cəlb edilməsi istiqamətində sahibkarlarla və dövlət qurumları ilə müvafiq iş aparılıb.

Son bir il müddətində artıq Qarabağda 11 istiqamətli avtomobil yolu çəkilir, 3 hava limanı, 3 dəmiryolu tikilir, kommunikasiya stansiyaları qurulur və s. tədbirlər həyata keçirilir. Belə ki, “Zəfər” yolu azad olunmuş ərazilərdəki ən mühüm layihələrdən biri olmaqla Füzuli rayonundan Şuşa şəhərinə çəkilib və uzunluğu 101,5 kilometrdir. Bundan başqa, Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu, Füzuli-Cəbrayıl-Zəngilan-Ağbənd, Horadiz-Zəngilan-Ağbənd dəmiryolları çəkilir, elektrik enerjisi, su təchizatı sistemləri yenidən qurulur. İşğaldan azad edilmiş Zəngilan rayonunda ilk “ağıllı kənd”, “Dost Aqropark” layihələri icra edilir. Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanda yaşayış məntəqələrinin salınması ilə bağlı planlar hazırlanıb. Eyni zamanda, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyinda Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasiminin keçirilməsi, Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin bərpasının, Füzulinin Dövlətyarlı kəndində “ağıllı kənd” konsepsiyası əsasında yaradılacaq böyük yaşayış məntəqəsinin, Zəfər və İşğal muzeylərinin, Cənubi Qafqazda ilk dəfə tətbiq olunan “Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi” elektrik şəbəkəsinin təməli qoyulub.

Bəli, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevirilməsinə hədəflənmişdir. Və mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib. Dövlət başçımızın rəhbərliyi altında bu missiyanın da öhdəsindən gələcəyik, ərazilər minalardan təmizlənəcək və insanlar öz el-obalarına geri dönəcəklər.

Bir sözlə, ötən bir il ərzində həm siyasi, həm də iqtisadı baxımdan mühüm nailiyyətlərə imza atan Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş Qarabağ torpaqları ilə bağlı hədəfləri çoxdur. Bu hədəflərə nail olmaq üçün qarşıda dayanan əsas vəzifə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və burada yenidənqurma işlərinin daha sürətlə və daha geniş miqyasda aparılmasını təmin etməkdir.

Dövlət başçımızın dediyi kimi: “Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik”

Əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Dövlət başçısının söylədiyi kimi, son 18 il ərzində bir dənə də yerinə yetirilməyən vəd yoxdur. Bu günün reallıqları onu göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır. Bir sözlə, ötən bir il ərzində həm siyasi, həm də iqtisadı baxımdan mühüm nailiyyətlərə imza atan Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində çox qısa zamanda Qarabağın yenidən dirçələcəyinə, 2022-ci ildə də daha yeni-yeni uğurlara nail olacaq.

RƏFİQƏ KAMALQIZI