Koronavirusu çinlilər icad etməyib - Aziz Sancar

6 Dekabr 2021 13:24 (UTC+04:00)

Koronavirusu çinlilər icad etməyib. SİA-nın məlumatına görə, bunu Nobel mükafatçısı Aziz Sancar UNEC-də mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu infeksiyanın ilk dəfə Çində peyda olması amerikalıların, digərlərinin uydurmasıdır.

"Bununla insanların fikrini qarışdırırlar. Bunu söyləyən sadəcə cahildir. Koronavirus təbiətdən çıxıb", - deyə o bildirib.