ABŞ-ın kəşfiyyat təyyarəsi Rusiya sərhədini pozdu - Əsəblər gərildi

6 Dekabr 2021 13:03 (UTC+04:00)

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus (38-ci RS/55-ci WG) Boeing RC-135V Rivet Joint hərbi kəşfiyyat təyyarəsi (HOMER 79 çağrı işarəli) Krım sahillərinə yaxınlaşaraq Qara dəniz üzərində kəşfiyyat uçuşu həyata keçirib. SİA xəbər verir ki, bu barədə PlaneRadar saytı məlumat yayıb.

Məlumatına görə, təyyarə Yunanıstanın Krit adasındakı Suda aviabazasından havaya qalxıb və sərhəddə monitorinq apardıqdan sonra Ermənistan və Azərbaycan istiqamətində yola düşüb, daha sonra Gürcüstanın hava məkanına daxil olub.