Cənubi Koreyada sanitar rejim sərtləşdirilib

6 Dekabr 2021 08:03 (UTC+04:00)

Bu gündən Cənubi Koreyada koronavirusla bağlı yeni qaydalar qüvvəyə minib.

SİA-nın xəbərinə görə, yanvarın 2-dək paytaxtda 6, əyalətlərdə isə 8 nəfərdən çox şəxsin bir yerə toplaşmasına icazə verilmir.

Bundan əlavə, vaksin sertifikatı tələb olunan qapalı sahələrin də əhatə dairəsi genişlənib. Bu sertifikat əvvəl yalnız idman zalları və gecə klublarına girişdə tələb olunurdusa, indi siyahıya kafe, restoran, muzey, kitabxana, teatr və universitetlər də əlavə edilib.

Vaksin sertifikatı olmayan şəxslər sözügedən obyektlərə mənfi nəticəli PSR testi təqdim etməklə daxil ola bilərlər.