Yük maşını 15 avtomobilə çırpılıb

6 Dekabr 2021 07:12 (UTC+04:00)

Meksikanın Koauila ştatında qoşqulu traktor 15 avtomobilin üzərinə çırpılıb.

SİA xəbər verir ki, bu barədə ölkənin Milli Qvardiyası öz "Twitter" səhifəsində bildirib.

Məlumata əsasən, hadisə Mateuala-Saltilyo magistral yolunda baş verib. Ən azı 5 nəfər ölüb, daha 15 nəfər yaralanıb.

Hadisə yerinə bir neçə həkim və xilasedici briqadası gəlib. Magistral yolda nəqliyyatın hərəkəti bağlanıb.