“...Onun atası 5 min insanı öldürüb”

6 Dekabr 2021 06:33 (UTC+04:00)

Ermənistan diasporunun bəzi nümayəndələri ölkənin Baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyanın istirahətinə və əyləncəsinə müdaxilə ediblər.

SİA xəbər verir ki, bununla bağlı videogörüntüləri ictimai fəal Akop Bereberyan özünün feysbukdakı səhifəsində yerləşdirib.

Videoda diaspor nümayəndələrindən birinin Baş nazir Nikol Paşinyanın qızı Mariam Paşinyanın istirahətinə və əyləncəsinə müdaxilə etməsi əks olunur. “Onun atası 5 min insanı öldürüb”, – diaspor nümayəndələrindən biri Paşinyanın qızına həqarətlə deyib.