Bomba istehsalında "tərəqqi" gözlənilir

6 Dekabr 2021 06:24 (UTC+04:00)

ABŞ 2025-ci ilə qədər B61-12 modifikasiyasında 480 yeni taktiki nüvə bombası istehsal edəcək.

SİA xəbər verir ki, bu barədə Amerika Alimlər Federasiyası məlumat yayıb.

Bu rəqəm Çin, Fransa, İngiltərə, Pakistan, Hindistan, Şimali Koreya və İsrailin nüvə silahlarının arsenalını üstələyir.

Bombalar ABŞ Hərbi Hava Qüvvələrinin və NATO üzvü olan digər ölkələrin F-35A, F-15E və F-16C/D, F/A-18 və Tornado taktiki qırıcı-bombardmançı təyyarələrini təchiz etmək üçün nəzərdə tutulub.

B61-12 nüvə bombaları B61-3, 4, 7 10 və 11 sursatlarının əvvəlki versiyalarının modifikasiyasıdır. Onlar B-2 Spirit strateji gizli bombardmançıları və B-21 Raider-i təchiz etmək üçün nəzərdə tutulub.

Müxtəlif hesablamalara görə, hazırda ABŞ-ın taktiki aviasiyada istifadə üçün 150-dək nüvə bombası var.