Koronaviruslu xəstələr səyahət gəmisində...

6 Dekabr 2021 06:13 (UTC+04:00)

ABŞ-da səyahət gəmisində koronavirus aşkarlanıb.

SİA xəbər verir ki, Yeni Orleana gedən səyahət gəmisinin göyərtəsində olan 10 nəfərə koronavirus infeksiyası diaqnozu qoyulub.

Ümumilikdə gəminin göyərtəsində 3 mindən çox insan var.

Bütün sərnişinlərdən koronavirus testindən keçmələri tələb olunacaq.