Avtomobil kanaldan çıxarılıb - YENİLƏNİB

6 Dekabr 2021 03:14 (UTC+04:00)

Sabirabadda yoldan çıxaraq suya düşmüş avtomobil çıxarılıb.

SİA xəbər verir ki, “QAZ-31” markalı minik avtomobili xüsusi texnikanın köməyi ilə Sabir kanalından çıxarılıb.

***

02.26

Sabirabadda avtomobilin kanala düşməsi nəticəsində həlak olanların şəxsiyyəti müəyyən edilib.

SİA xəbər verir ki, bunlar rayonun Nərimankənd kənd sakinləri, 1990-cı il təvəllüdlü Bayramov Fəyyal Eldar oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qubad oğludur.

***

01.29

Avtomobilin kanala düşməsi ölümlə nəticələnib.

SİA xəbər verir ki, hadisə Sabirabad rayonunun Nərimankənd kəndində qeydə alınıb.
“QAZ-31” markalı avtomobilin kanala aşması nəticəsində avtomobildə olan 2 nəfər ölüb. Hazırda avtomobilin sudan çıxarılaması istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır.