Türkiyədə zəlzələ olub

6 Dekabr 2021 02:22 (UTC+04:00)

Türkiyədə zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Van əyalətinin Tuşba rayonunda yerli vaxtla saat 00:46-da, 4,9 maqnitudada qeydə alınıb. Dağıntı və ya tələfat barədə heç bir məlumat yoxdur.