“Formula-1” yarışında qəza baş verib

5 Dekabr 2021 22:53 (UTC+04:00)

Səudiyyə Ərəbistanında keçirilən “Formula-1” yarışında qəza baş verib.

SİA xəbər verir k “Haas” komandasının almaniyalı sürücüsü Mik Şumaxer 10-cu dövrədə qəzaya düşüb.

Pilot yoldan çıxaraq yarış avtomobilini zədələyib. Şumaxer özü ciddi xəsarət almadan avtomobili tərk edə bilib.

Yarışda Maks Ferstappen, Luis Hemilton və Valteri Bottas liderlik edirlər.