Xəzərdə zəlzələ baş verib

5 Dekabr 2021 22:08 (UTC+04:00)

Xəzər dənizində zəlzələ qeydə alınıb.

SİA xəbər verir ki, zəlzələ saat 19.25-də baş verib.

15 kilometr dərinlikdə baş verən yeraltı təkanların gücü Rixter şkalası ilə 3.2 bal olub.