Mitinqi keçirilib COVİD PASPORTU ƏLEYHİNƏ

5 Dekabr 2021 21:56 (UTC+04:00)

Gürcüstanda bir neçə min insan peyvəndlərə dair QR kodlarının tətbiqinə qarşı çıxıb, etiraz aksiyası keçiriblər. SİA xəbər verir ki, etirazçılar Tbilisinin mərkəzində mitinqə tolplaşıblar.

Qeyd edək ki, Gürcüstanda dekabrın 1-dən restoranlara, kinoteatrlara, mehmanxanalara, ticarət-əyləncə mərkəzlərinə və digər ictimai yerlərə getmək üçün elektron buraxılış təqdim edilməlidir. Artıq Gürcüstanda dekabrın 1-dən etibarən ticarət və əyləncə mərkəzlərinə yalnız peyvəndin tam kursunu başa vurmuş, testlərinin nəticələri barədə məlumatların saxlanıldığı QR kodu təqdim edildikdən sonra baş çəkmək olar.

Bu "ayrı-seçkilik və peyvənd etməyə məcburiyyəti" nəzərə alınaraq, şəhərin mərkəzinə toplaşanlar hakimiyyətin COVID pasportları ilə bağlı qərarı ləğv edəcəyi vaxta qədər etirazı davam etdirmək niyyətindədirlər.
Qərarın digər əleyhidarlarının analoji yürüşü bazar günü Kutaisidə də baş tutub. Hər iki şəhərdəki mitinqlərdə uşaqlar da iştirak ediblər və iştirakçıların çoxu maskasız olub.

Xatırladaq ki, Gürcüstanda bu zamana qədər 861 883 nəfərdə koronavirus aşkarlanıb, təkcə son sutka ərzində 3 950 nəfər infeksiyaya yoluxub.