Səkkiz xizəkçi 200 metrlik uçqun altında qalıb ÜÇ XİZƏKÇİ HƏLAK OLUB

5 Dekabr 2021 21:23 (UTC+04:00)

Avstriyada qar uçqunu nəticəsində üç xizəkçi həlak olub, daha ikisi yaralanıb. SİA xəbər verir ki, bu barədə Associated Press yerli polisə istinadən məlumata yayıb.

Məlumata görə, onların hamısı şənbə günü Zalsburq federal əyalətində xizək gəzintisinə çıxan 11 xizəkçidən ibarət qrupun üzvü olub.

Qeyd olunur ki, səkkiz nəfər yamaca qalxarkən 200 metrlik qar qatının altına düşüb. Onlardan üçü uçqun altında yuxuya gedib, daha ikisi çölə çıxa bilib. Ölənlər 19-24 yaş arası Avstriya vətəndaşları olub.