Peyvənd pasportu almaq üçün saxtakarlığa əl atdı

5 Dekabr 2021 19:46 (UTC+04:00)

Peyvəndsiz yaşıl peyvənd pasportu almaq istəyən 50 yaşlı kişi görünməmiş bir saxtakarlıq edib. SİA xarici mətbuata istinadən bildirir ki, hadisə İtaliyada baş verib. Səlahiyyətli şəxslər “gülünəcək bir şey olmadığını və hadisənin son dərəcə ciddi olduğunu” bildiriblər.

Yaşıl pasport İtaliyanın rəqəmsal Covid-19 sertifikatıdır və peyvənd olunmuş, bu yaxınlarda virus testi mənfi çıxmış və ya bu yaxınlarda sağalmış şəxsə izdihamlı, qapalı məkanlara, eləcə də iş yerlərinə girməyə imkan verir.