Goranboyda 3 nəfər dəm qazından zəhərlənib

5 Dekabr 2021 19:16 (UTC+04:00)

Goranboyda zəhərlənmə hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq Türkiyə vətəndaşları 1971-ci il təvəllüdlü Mustafa Zəngin və 1967-ci il təvəllüdlü Cavid Özoğul dünyasını dəyişib. 1989-ci il təvəllüdlü Yolçiyev Nüsrətin vəziyyəti ağırdır.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.