Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi beynəlxalq oyuna təyinat alıb

5 Dekabr 2021 16:08 (UTC+04:00)

Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyası (AFV) Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərilib. SİA AVF-yə istinadla xəbər verir ki, N.İsmayılova dekabrın 8-də Serbiyanın paytaxtı Belqradda qadınlar arasında keçiriləcək Çempionlar Liqasının E qrupu çərçivəsində yerli “ZOK UB” və “Çemik” (Polşa) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, görüşün hakimləri rusiyalı Makşanov Evgeny və bolqarıstanlı Yovçev Konstantin olacaqlar.