Şabranda qardaş bacısını qətlə yetirib

5 Dekabr 2021 15:19 (UTC+04:00)

Şabran rayonunda qətl hadisəsi baş verib. SİA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Çaraq kənd sakini, 1992-ci il təvəllüdlü Quliyev Rüfət Əvəz oğlu qısqanclıq zəminində bacısı 1998-ci il təvəllüdlü Nəcibə İsayevanı çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.