Mədəniyyət naziri abidələr üzrə ekspertlərlə gələcək planları müzakirə edib

5 Dekabr 2021 14:39 (UTC+04:00)

Mədəniyyət naziri Anar Kərimov heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyasının üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, bu barədə nazir özünün tviterdəki səhifəsində bildirib.

“Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyasının üzvləri ilə ilk görüşümüzü keçirdik və bu sahədə gələcək planlarımızı müzakirə etdik.

Komissiya üzvlərinə dəyərli töhfələrinə görə təşəkkür edirəm”, - nazir əlavə edib.