COVID-19-a yoluxanların sayı 865 mini keçib - GÜRCÜSTANDA

5 Dekabr 2021 11:15 (UTC+04:00)

Gürcüstanda son sutka ərzində daha 3 410 nəfərdə koronavirus aşkarlanıb. SİA-nın məlumatına görə, virusa yoluxmuş 4 732 nəfər müalicə olunaraq sağalıb, eyni zamanda 46 pasiyent vəfat edib.

Hazırkı dövrə qədər qonşu ölkədə COVID-19 infeksiyasına 865 293 nəfər yoluxub. Onların 806 596-sı sağalıb, 12 344-ü isə dünyasını dəyişib.