Daimi nümayəndəliyin rəhbəri musiqi festivalının açılışında iştirak edib - FOTO

5 Dekabr 2021 09:24 (UTC+04:00)

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə hazırlanan Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, professor Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunan musiqi festivalının açılışında iştirak edib. SİA nın məlumatına görə, tədbirdə bəstəkarın "Xəzər" balladası və "Xeyir və Şər" baleti nümayiş etdirilib.