Qubada istirahət mərkəzində yanğın olub

5 Dekabr 2021 09:18 (UTC+04:00)

Quba rayonunda istirahət mərkəzinin ərazisində ümumi sahəsi 14 m² olan taxta konstruksiyadan ibarət kotec yanıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.