Malidə milli matəm elan edilib

5 Dekabr 2021 08:24 (UTC+04:00)

Malinin keçid dövrü prezidenti, polkovnik Assimi Qoita 30 dinc sakinin ölümü ilə nəticələnən terror aktı qurbanları üçün üç günlük ümummilli matəm elan edib.

SİA-nın da xatırlatdığına görə, dekabrın 3-də silahlılar Bandiaqara bölgəsində bazara insanları aparan yük maşınına hücum edib və 31 nəfəri öldürüb. Daha 17 nəfər yaralanıb.