Britaniyada 42 mindən çox yeni yoluxma qeydə alınıb

5 Dekabr 2021 07:06 (UTC+04:00)

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 42 848 yoluxma halı qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 10 421 104 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 127 nəfər, hazırkı dövrədək isə 145 551 nəfər vəfat edib.