İndoneziyada 6 bal gücündə zəlzələ baş verib

5 Dekabr 2021 06:17 (UTC+04:00)

İndoneziya sahillərində 6,0 bal gücündə zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ Bakı vaxtı ilə 03.47-də qeydə alınıb. Yeraltı təkanların episentri İndoneziyanın Tobelo adasından 268 kilometr şimalda yerləşib.

Zəlzələnin ocağı isə 33 kilometr dərinlikdə olub. Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.