Hindistanın cənubunu yenə su basıb

5 Dekabr 2021 02:13 (UTC+04:00)

Hindistanın cənubundakı Andra Pradeş ştatında güclü yağışlar səbəbindən 54 mindən çox insan təxliyə edilib.

SİA xəbər verir ki, Benqal körfəzində tropik qasırğa Hindistan sahillərini bürüyüb.

Ştatın fəlakətlərin idarə olunması üzrə məsul rəsmisi Kanna Babu 54 mindən çox insanın güclü yağışların olduğu bölgələrdə hökumət tərəfindən qurulan yardım düşərgələrinə təxliyə edildiyini bildirib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar ştatın bəzi yerlərində təhsilə ara verilib və qatarla səyahətlər ləğv edilib.

Hindistan Meteorologiya Xidmətinin verdiyi açıqlamada fırtınanın sabahdan etibarən təsirini itirərək Odişa ştatına doğru hərəkət edəcəyi bildirilib.