Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

5 Dekabr 2021 00:46 (UTC+04:00)

Türkiyədə yeni tip korona virusundan (Covid-19) dekabrın 4-də 228 nəfər dünyasını dəyişib.

SİA xəbər verir ki, bir gündə 353 min 35 test edilib. Gündəlik yoluxma sayı 20.374-dür.

Son 24 saatda sağalanların sayı 19.463-dür.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi 120 milyon 857 min 540 peyvənd vurulub.