“Milan” ilk pilləyə yüksəldi

5 Dekabr 2021 00:37 (UTC+04:00)

İtaliya çempionatının 16-cı turunda “Milan” doğma meydanda autsayder “Salernitana”nı qəbul edib.

SİA xəbər verir ki, qarşılaşma Milan təmsilçisinin 2-0 hesablı qələbəsi ilə nəticələnib.

Meydan sahiblərinin heyətində 5-ci dəqiqədə F.Kessie, 18-ci dəqiqədə isə A.Saelemaykers fərqlənib.

Qələbə sayəsində “Milan” hazırda 38 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

8 xallı “Salernitana” isə yenə də son pillənin sahibi olub.