Türkiyədə teraktın qarşısı alındı

5 Dekabr 2021 00:31 (UTC+04:00)

Türkiyənin Mardin şəhərinin Nusaybin rayonunda terror aktının qarşısı alınıb.

SİA xəbər verir ki, terrorçular tərəfindən çevik polis qüvvələrinin əməkdaşının şəxsi avtomobilinin altına kustar üsulla düzəldilmiş bomba yerləşdirilibmiş.

Bomba müəyyən edildikdən sonra hadisə yerinə ekspertlər cəlb olunub və təhlükəsiz şəraitdə partladılıb.

Faktla bağlı araşdırma başladılıb.