"Türkiye" ibarəsi türk millətinin mədəniyyət, sivilizasiya və dəyərlərini ən yaxşı şəkildə təmsil və ifadə edir. Bu mənada ixrac edilən məhsullarımızda "Made in Turkey" yerinə "Made in Türkiye" ibarəsi istifadə edilməyə başlanaraq ölkəmizin beynəlxalq ticarətdə qüruru olan məhsullarımız "Türkiye" ibarəsi ilə tanıdılıb və təqdim edilib. Bundan sonra da hər sahədə dövlətimizin və millətimizin minlərlə illik sərvətinin "Türkiye" markası altında təmsili hədəflənib.
Bu çərçivədə "Türkiye" brendini gücləndirmə işləri mənasında başda digər dövlətlər və beynəlxalq qurum və quruluşlarla rəsmi münasibətlər olmaqla, istənilən fəaliyyət və yazışmalarda "Turkey", "Turkei", "Turquie" və s. ibarələri əvəzinə, "Türkiye" ifadəsinin istifadəsi məsələsində lazımi addımlar atılacaq", - qərarda bildirilib.