Erməni təxribatçının cəsədi təhvil verilib

4 Dekabr 2021 23:47 (UTC+04:00)

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuza hücum edərkən zərərsizləşdirilən erməni təxribatçının cəsədi Ermənistana təhvil verilib.

SİA xəbər verir ki, bunu açıqlamasında Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, erməni hərbi təxribatçısı Seyran Sarkisyanın meyiti Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülməramlılarının iştirakı ilə Qırmızı bazar ərazisindən qarşı tərəfə verilib.