Suriyada 5 terrorçu məhv edilib

4 Dekabr 2021 23:29 (UTC+04:00)

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimal-şərqində PKK terror təşkilatının Suriya qanadının (YPG) 5 üzvünü məhv edib.

SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, terrorçular "Sülh bulağı" əməliyyatı zonasına hücum etdikləri zaman məhv ediliblər:

"Türkiyənin xüsusi təyinatlıları PKK/YPG terrorçuları ilə uğurlu mübarizəni davam etdirir".