"Liverpul" lider oldu

4 Dekabr 2021 21:53 (UTC+04:00)

"Liverpul" İngiltərə Premyer Liqasının 15-ci turunda "Vulverhempton"a 1:0 hesabı ilə qalib gəlib.

SİA xəbər verir ki, komandanın qələbə qolunu 90+4-cü dəqiqədə Divok Oriqi vurub.

Bu nəticədən sonra xalını 34-ə çatdıran Mersisayd təmsilçisi turnir cədvəlində 1-ci pilləyə yüksəlib. "Çelsi" 33 xalla 2-ci, "Mançester Siti" 31 xala 3-cüdür.