"Barselona" doğma meydanda uduzdu

4 Dekabr 2021 21:46 (UTC+04:00)

"Barselona" La Liqada 16-cı tur oyununa çıxıb.

SİA xəbər verir ki, Kataloniya təmsilçisi "Betis"i qəbul edib və 0:1 hesabı ilə uduzub.

"Barselona" - "Betis" - 0:1
Qol:
Xuanmi, 79

Bu nəticədən sonra "Betis" 30 xalla 3-cü, "Barselona" 23 xalla 7-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 36 xalla "Real" başçılıq edir.