Putin bununla bağlı narahatlığını ilk dəfə dilə gətirib

4 Dekabr 2021 15:02 (UTC+04:00)

Ötən gün Türkiyə və Rusiya prezidentləri arasında baş tutan telefon danışığında müzakirə edilən mövzulardan biri də “Bayraqdar TB-2” PUA-ları olub.

SİA Türkiyə mətbuatına istinadla xəbər verir ki, telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin “Bayraqdar TB-2” PUA-larının Ukraynada mövcudluğundan narahatlığını dilə gətirib.

Putin Ukraynanın rusiyapərəst qüvvələrə qarşı təxribat məqsədləri üçün Türkiyənin İHA-larından istifadə etdiyini iddia edib.

Rusiya lideri Zelenski administrasiyasının ölkənin şərqindəki münaqişələrə son qoymaq üçün əldə edilmiş Minsk razılaşmalarını pozduğunu və destruktiv mövqe tutduğunu vurğulayıb.

Görüş zamanı Rusiya lideri onu da vurğulayıb ki, rəsmi Kiyev Donbasda hərbi güc tətbiq etmək cəhdlərindən əl çəkməlidir.