"Omikron" ştammının dünya iqtisadiyyatının bərpası tempinə təsir edə bilər

4 Dekabr 2021 14:55 (UTC+04:00)

Koronavirusun "omikron" ştammının yayılması qlobal iqtisadiyyatın bərpa tempinin aşağı düşməsinə səbəb ola bilər.

SİA-nın məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Sərəncamçı direktoru Kristalina Georgiyeva deyib.

Məlumata əsasən, ondan yeni ştammının yayılmasının qlobal iqtisadiyyatın bərpasına təsirini şərh etməsi xahiş olunub. O qeyd edib: "Gəlin açıq danışaq: çox tez yayıla bilən yeni ştamm etibarı sarsıda bilər. Və bu mənada, oktyabr ayı üçün qlobal iqtisadi artım proqnozlarımızda, yəqin ki, bəzi aşağı düşmələrin şahidi olacağıq".

Təşkilat rəhbəri əlavə edib ki, koronavirusun "Delta" ştammı iqtisadi sarsılmalara gətirdiyi üçün, o, qlobal istehsalda əlavə gecikmələrə səbəb oldu.