“Betis”lə oyun... finaldır”

4 Dekabr 2021 12:15 (UTC+04:00)

...Deyim ki, "Betis"ə qarşı keçiriləcək oyuna "Barselona"nın baş məşqçisi Xavi Ernandes başqa aspektdən yanaşır. Belə görünür ki, mütəxəssis qarşıdakı döyüşə ciddi şəkildə köklənib:

“Bəli...bu, finaldır. Mən bu gün ancaq irəliyə baxmıram, çünki hər oyun bizim üçün çox önəmlidir. Qarşıda bizi vacib bir həftə gözləyir, amma ondan sonra növbəti həftə gələcək. Münhendə nə olursa olsun... unudulmamalıdır ki, bu Barçadır və hər gün bizdən nəticə tələb edirlər.

Deyim ki, Barça dünyanın ən çətin klubudur. Kataloniyalılar çox tələbkardırlar, onlar üçün, sadəcə , qələbə yetərli deyil: yaxşı oynamaqla qalib gəlməyi tələb edirlər. Bunu biz də çox yaxşı anlayırıq”.

“Villarreal” üzərində qələbəni çox dəyərli və vacib hesab edən Xavi “bunun üçün biz əsl məşq edirik” –deyə bildirib.

Ağasəf