Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb

4 Dekabr 2021 11:50 (UTC+04:00)

Tevan Poqosyan Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb. SİA “News.am”a istinadən xəbər verir ki, o, bunu yerli “Hraparak” qəzetinə müsahibəsində deyib.

"Mən bir neçə aydır ki, Prezident Armen Sarkisyanın müşaviri deyiləm", - o qeyd edib.

Ermənistanın keçmiş deputatı dövlət başçısı ilə sonuncu dəfə aprel ayında görüşdüyünü bildirib.